MSK DSK-ların kompüter mütəxəssisləri üçün təlimlər keçirir

MSK DSK-ların kompüter mütəxəssisləri üçün təlimlər keçirir
# 15 dekabr 2014 07:37 (UTC +04:00)

MSK-dan APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni və daha da təkmilləşdirilmiş imkanları barədə praktik məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirməkdir.

Təlimlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə imkanı yaradılacaq ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktik iş təcrübəsi qazanmaq imkanı verəcək və səsvermə günü “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən daha rahat istifadəni təmin edəcək. Təlimlərin 3 gün davam etməsi və dekabrın 17-də başa çatması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR