Qubada polis əməkdaşının bacısını oğurlamaq istəyənlərə hökm oxunub

Qubada polis əməkdaşının bacısını oğurlamaq istəyənlərə hökm oxunub
# 12 dekabr 2014 14:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən N . Nəcəfov 8 il, Vəfadar Məmmədov 7 il, Vəfanur Məmmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.

İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.

Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR