Türkiyənin məşhur caz qrupu Bakıya gəlir - FOTO

Türkiyənin məşhur caz qrupu Bakıya gəlir - <span style="color: red;">FOTO
# 18 sentyabr 2014 10:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda möhtəşəm “Türkiyə Caz Festivalı” keçiriləcək.

APA-nın məlumatına görə, oktyabrın 10-17-də keçiriləcək festivalın ilk günündə çıxış edəcək “Bora Çeliker Trio” qrupunun rəhbəri Bora Çeliker Azərbaycanda bu möhtəşəm festivalda iştirak etməsindən məmnun olduğun qeyd edib.

Onu da deyək ki, oktyabrın əvvəllərində Bakıya gələcək caz qrupunun yaradıcısı Bora Çeliker gitara çalmağa 1988-ci ildə başlayıb. Universitet illərini Ankarada “The Crawling Snakes”, “The Jukes” (1996) və “The King Bees” (1997) adlı qrupların rəhbəri olub. Bora Çeliker Türkiyədə keçirilən bir çox caz festivallarda iştirak edib. 1999-cu ildə qurduğu “Janusz Szprot” qrupu ilə caza professional şəkildə başlayıb. Eyni ildə İstanbulda 92.3 radiosunda “Blues Makinası” proqramını edib. 2005-ci ildə Hərbiyə Açıq Hava Teatrında caz ustası Sarp Madenle birlikdə səhnəyə çıxıb. Universitet illərində musiqini çox yüksək səviyyədə bilən Bora ilk albomunu 2013-cü ildə "Borabook" adı ilə çıxarıb. Türkiyədə ən önəmli caz ustadlarından biri sayılan Bora Çeliker Türkiyə cazının inkişafında çox böyük rol oynayıb.

Qeyd edək ki, “Bora Çeliker Trio”nu dinləmək istəyən azərbaycanlı musiqisevərlər oktyabrın 10-da saat 21.30-da “Park Bulvar”a gələ bilərlər. Konsertə giriş pulsuz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR