Barak Obama Çinə səfər edəcək

Barak Obama Çinə səfər edəcək
# 02 oktyabr 2014 02:42 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Vaşinqtonda Çinin xarici işlər naziri Van İ ilə görüşən Obama Honkonqdakı hadisələri diqqətlə izlədiyini, hökumətlə etirazçılar arasında qarşıdurmanın sülh yolu ilə nizamlanacağına ümidvar olduğunu bildirib.

Çinin xarici işlər naziri və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays noyabrın 10-12-nə planlaşdırılan səfərin proqramını müzakirə ediblər. Çin mətbuatının yazdığına görə, Obama Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC) liderlərinin görüşündə də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR