Səudiyyə Ərəbistanında naməlum şəxslər şiələrin Aşura yürüşünə hücum ediblər, ölən və yaralananlar var

Səudiyyə Ərəbistanında naməlum şəxslər şiələrin Aşura yürüşünə hücum ediblər, ölən və yaralananlar var
# 04 noyabr 2014 09:04 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Səudiyyə Ərəbistanında naməlum şəxslər şiələrin Aşura yürüşünə hücum ediblər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hadisə noyrabrın 3-də gecə saatlarında Əl-Əhsa yaşayış məntəqəsində baş verib.

Hücum nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb. Avtomobillərdə olan maskalılar izdihama odlu silahlardan atəş açıblar.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının 28 milyonluq əhalisinin 10 faizini şiələr təşkil edir. Əl-Əhsa krallığın əsas iki şiə mərkəzlərindən biri sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR