Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları ilə bağlı qəbul olunmuş yeni qaydaların tətbiqinə başlayır

 Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları ilə bağlı qəbul olunmuş yeni qaydaların tətbiqinə başlayır
# 09 avqust 2014 10:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dövlət Gömrük Komitəsində (DGK) idxal-ixrac əməliyyatları ilə bağlı qəbul olunmuş yeni qaydaların tətbiqinə dair müşavirə keçirilib.


Komitədən “APA-Economics”ə verilən məlumata görə, DGK-nın sədrinin müavini Şahin Bağırovun rəhbərli ilə keçirilən müşavirədə əsasən Gömrük Məcəlləsi ilə müəyyən olunmuş yeni norma və mexanizmlərin yerinə yetirilməsi, o cümlədən, son dövr gömrük işi sahəsində qəbul edilmiş normativ hüquqi sənədlərin tələblərinin gömrük idarələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini həyata keçirən müvafiq struktur bölmələri, eləcə də sərnişin şöbəsi və post rəisləri tərəfindən öyrənilməsi və öz fəaliyyətlərində keyfiyyətli surətdə təşkil edilməsi məsələlərinə baxılıb. Bildirilib ki, yeni qanunvericiliyin tələbləri ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına əhəmiyyətli zəmin yaradacaq.

Müşavirədə həmçinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda müəyyən olunmuş bəyannamələrin yeni formaları və onların təqdim edilməsi qaydaları haqqında məlumat verilib. Qeyd edilib ki, malların kateqoriyasından və yerləşdirildiyi gömrük prosedurunun tələblərindən asılı olaraq bəyannamələrin formalarının xüsusiyyətləri və Gömrük Məcəlləsində müəyyən olunmuş hallar üzrə onların təqdim edilməsi qaydaları mövcuddur.

Müşavirə iştirakçılarına bəyannamələrin ayrı-ayrı formaları nümayiş olunaraq, qısa idxal və ixrac, sadələşdirilmiş, əlavə, natamam, dövri, təkrar ixrac bildirişi formaları və onların təqdim edilməsi halları və s. xüsusiyyətləri açıqlanıb və bununla bağlı suallar cavablandırılıb. Bildirilib ki, qısa idxal və ixrac bəyannamələrinin tətbiqi gömrük nəzarətinin formalarından seçmə üsulla istifadə edilməsinə və risklərin daha da səmərəli qaydada idarə edilməsində köməklik göstərəcək.

Müşavirədə normativ qanunvericiliyin öyrənilməsi sahəsində Gömrük Məcəlləsinin tətbiqi məsələlərinə həsr olunmuş təlim-seminarların mütəmadi olaraq keçirildiyi qeyd olunub. Eyni zamanda, gömrük işi sahəsində baş verən hüquqpozmalardan və onların qarşısının alınması istiqamətində görülən işlərdən söhbət açılıb.

Daha sonra nəqliyyat vasitələrinin fiziki şəxslər tərəfindən müvəqqəti olaraq gətirilməsi ilə əlaqədar müəyyən olunmuş müddətlərə riayət edilməsi və digər məsələlərə dair baş verən hüquqpozmalardan və onların aradan qaldırılması üçün görülən tədbirlər barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR