Suriyada münaqişə nəticəsində 180 mindən çox adam ölüb

Suriyada münaqişə nəticəsində 180 mindən çox adam ölüb
# 22 avqust 2014 12:13 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Suriyada 2011-ci ildən başlayan münaqişə nəticəsində ölənlərin sayı 180 min nəfəri ötüb.

APA-nın Londonda yerləşən “Syrian Observatory for Human Rights” təşkilatına istinadən verdiyi məlumata görə, ölənlərdən 59 min nəfər dinc sakin olub.

Onların arasında 9400 uşaq və 6000 qadın olub.

Həmçinin silahlı müxalifətin və hökumət qüvvələrinin itkiləri açıqlanıb. Məlum olub ki, münaqişə nəticəsində 50 min silahlı və 40 mindən çox əsgər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR