Sınaq qiymətləndirmənin nəticələri müəllimlərin əmək haqqında nəzərə alınacaq

Sınaq qiymətləndirmənin nəticələri müəllimlərin əmək haqqında nəzərə alınacaq
# 06 noyabr 2014 12:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Sınaq qiymətləndirmənin nəticələrinin hazırda Bakıda fəaliyyət göstərən müəllimlərin dərs bölgüsünə təsiri var. APA-nın xəbərinə görə, İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, sınaq qiymətləndirmənin nəticələrini müəllim və məktəb direktoru bilir və bu, müəllimlərin nə qədər dərs yükü ilə təmin olunması, aşağı və ya yuxarı siniflərdə dərs deməsi üçün məktəblərdə istifadə olunur.

Nazirlik rəsmisi qeyd edib ki, sınaq qiymətləndirmənin nəticələri təhlil olunaraq differensial əmək haqqı ilə bağlı işlərdə nəzərə alınacaq. Onun sözlərinə görə, sınaq qiymətləndirmənin nəticəsi birbaşa olaraq hansısa müəllimin əmək haqqısının aşağı və ya yuxarı olacağına təsir etməyəcək.

O əlavə edib ki, sınaq qiymətləndirmənin gələcəkdə regionlarda keçirilməsi planlaşdırılır: “Amma dəqiq tarix hələlik bəlli deyil. Məktəb direktorlarının qiymətləndirmədən keçirilməsi barədə məlumat yoxdur. Direktorlar hazırda hələlik təlimlərdən keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR