Qardabaninin Kosalı kəndində Novruz tədbiri keçirilib

Qardabaninin Kosalı kəndində Novruz tədbiri keçirilib
# 19 mart 2014 16:59 (UTC +04:00)

Qardabani. Nizami Məmmədzadə - APA. Qardabani rayonunun Kosalı kənd orta məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov və ziyalılar, məktəb müəllimləri, kənd sakinləri iştirak ediblər.

Tədbiri məktəbin direktoru Xançoban Hacımahmudov açaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov çıxış edərək, Novruz bayramının tarixi və Novruzun UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında ətraflı məlumat verib.

Tədbirdə məktəb şagirdləri konsert proqramı ilə çıxış ediblər, həmçinin Qardabani rayonunda fəaliyyət göstərən 16 məktəbin şagirdlərinin iştirakı ilə güləş üzrə yarış keçirilib. Yarışda Kosalı orta məktəbi I yerə, Qamarcveba gürcü məktəbi II yerə, Qardabani şəhərindəki 3 nömrəli Azərbaycan məktəbi III yerə çıxıb.

Tədbirdə qalib gələn gənc güləşçilərə mükafatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR