Azərbaycanın hərbçiləri NATO və bir sıra ölkələrlə imzalanan ikitərəfli və fərdi əməkdaşlıq proqramları çərçivəsində tədbirlərdə iştirak edəcək

Azərbaycanın hərbçiləri NATO və bir sıra ölkələrlə imzalanan ikitərəfli və fərdi əməkdaşlıq proqramları çərçivəsində tədbirlərdə iştirak edəcək
# 19 aprel 2010 07:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın NATO və bir sıra ölkələrlə imzaladığı ikitərəfli və fərdi əməkdaşlıq proqramları çərçivəsində tədbirlər keçirilir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ilə imzalanmış fərdi proqrama uyğun olaraq aprelin 20-dən 22-dək alyansın Standartlaşdırma Agentliyinin Eksrert Qruru tərəfindən Mobil təlim kursu Bakıda səfərdə olacaq. Aprelin 21-i və 22-də Sloveniyada akkreditə olunmuş Hərbi Attaşelərin Sloveniya Silahlı Qüvvələrinin Virava qəsəbəsində yerləşən Təlim Mərkəzinə səfəri, aprelin 22 və 23-də isə Kiyevdə Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlıq planına əsasən Təşkilat Səfərbərlik üzrə nümayəndə heyyətlərinin işçi görüşü keçiriləcək.

Azərbaycan-ABŞ iş planına əsasən Azərbaycan hərbçiləri aprelin 21-dən dekabrın 15-dək San-Antonio şəhərində «Rabitə zabitinin təməl kursu»na, aprelin 26-dan mayın 14-dək Türkiyənin Ankara şəhərində “BMT Hərbi Müşahidəçi” kursuna, aprelin 26-dan iyunun 4-dək Çexiyanın Vişkov şəhərində Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı təlimi kursuna, Fərdi Tərəfdaşlıq Planına əlavə olaraq aprelin 26-dan mayın 7-dək Ankarada «İnsan alverinə qarşı mübarizə kursu»na qatılacaqlar.

Aprelin 28 və 29-da Montoneqronun Bar şəhərində «Coorerative Marlin 2010» təliminin Əsas planlaşdırma konfransı, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən
Aprelin 26-dan 28-dək isə Ankarada Türkiyə Silahlı Qüvvələrinin Atış idarəsində ADOP Proqramının tətbiqi və Ordu və Korrus səviyyəsində atəş dəstəyinin planlaşdırılmasına dair təcrübə mübadiləsi keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR