Con Kerri: “Mən İranın nüvə probleminin diplomatik yolla həllini dəstəkləyəcəm”

Con Kerri: “Mən İranın nüvə probleminin diplomatik yolla həllini dəstəkləyəcəm”
# 25 yanvar 2013 00:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “ABŞ bundan sonra da İranın nüvə probleminin həllinə danışıqlar yolu ilə nail olmağa çalışacaq”. APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülən senator Con Kerri deyib. O bildirib ki, Barak Obama dəfələrlə İranın nüvə probleminin diplomatik yolla həllini vurğulayıb: “Mən də diplomatik səyləri dəstəkləyəcəm. ABŞ İranın nüvə silahı əldə etməsinə qarşıdır. Bizim problemin həlli üçün danışıqlar yolunu seçməyimiz bu mövqeyimizdən imtina etməyimiz demək deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR