Nizami Sadıqov dünyanın ən məhsuldar qapıçılarının siyahısında mövqeyini qoruyub

Nizami Sadıqov dünyanın ən məhsuldar qapıçılarının siyahısında mövqeyini qoruyub
# 19 yanvar 2012 14:19 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın məhsuldar qapıçılarının yeni siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilk 15 qapıçının yer aldığı siyahıda ölkəmizi təmsil edən “Turan”ın və milli komandamızın sabiq qapıçısı Nizami Sadıqov əvvəlki tək 21 qolla 14-cü pillədə qərarlaşıb. Siyahını qapayan Sadıqovun argentinalı izləyicisi Kristian Luççetti ona daha da yaxınlaşıb. Belə ki, Buenos-Ayresin “Banfild” klubunun qapıçısının hesabında 19 qol var. Kristian bütün qollarını penaltidən vurub. Artıq futbolçu karyerasını bitirərək, qapıçılarla işləyən məşqçi olan Sadıqov isə 21 qoldan 12-ni penaltidən, 9-u oyunda vurub.

Siyahıya uzun müddətdir başçılıq edən braziliyalı qapıçı Rojerio Seni hesabına daha 1 qol yazıb. Bununla da “San-Paulo”nun 39 yaşlı qapıçısı vurduğu qolların sayını 101-ə çatdırıb. Seni 47 dəfə penaltidən, 54 dəfə oyun epizodundan fərqlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR