İranda zəlzələ olub

İranda zəlzələ olub
# 09 iyun 2014 07:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Fars vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Fars vilayətinin Lar rayonuna təsadüf edib. 4.0 bal gücündə olan zəlzələ iyunun 8-də Bakı vaxtı ilə səhər saat 11:09-də yerin 5 km dərinliyində meydana gəlib. Təbii fəlakət Lardan 7 km, Gəraşdan 21 km və Əvəzdən 32 km uzaqlıqda baş verib. İnsan itkisi və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR