«Bank of Baku» «Dostlar klubu»nun üzvləri üçün stimullaşdırıcı lotereyanın ilk tirajını keçirib - FOTO

«Bank of Baku» «Dostlar klubu»nun üzvləri üçün stimullaşdırıcı lotereyanın ilk tirajını keçirib - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 08:34 (UTC +04:00)

Bakı – APA-Economics. «Bank of Baku» ASC daimi kredit müştəriləri olan «Dostlar klubu»nun üzvləri üçün «Dəyərli dostlara dəyərli hədiyyə» adlı stimullaşdırıcı lotereyanın ilk tirajını keçirib. Lotereyaya bank nümayəndələri, «Dostlar klubu»nun üzvləri, münsiflər heyəti və media nümayəndələri qatılıblar.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, lotereyada iştirak hüququ əldə etmiş hər müştəriyə altı rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilib və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilib. Tirajda iştirak hüququ əldə etmiş müştərilərin eyniləşdirmə kodu elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçilib.

İlk tiraj zamanı 500 qalib «Dostlar klubu»dan 100 manat, 50 qalib 500 manat, 5 qalib isə 1000 manat dəyərində bonus qazanıb. Müştərilərin qazandıqları bonuslar növbəti kredit alarkən komissiya haqqının ödənilməsinə və pulsuz mobil danışıq balansına cevrilə bilər.

Müştərilər uduşlu kodları www.bankofbaku.com/az/dostlar-klubu/dostlar-klubu-lottery.html keçidindən tanış ola bilər.

İlk tirajın qaliblərinin mükafatları tələb irəli sürüldüyü tarixdən etibarən 30 iş günü ərzində onların «Dostlar klubu» kartları üzrə müvafiq bonus hesablarına yatırılacaq.

Dekabrın 14-də baş tutacaq ikinci tirajda isə 12 500 manat həcmində kupon və 121 ədəd suvenir gümüş sikkə, 55 ədəd qızıl sikkə, 14 ədəd müxtəlif əyarlı brilyant daş, 500 manat həcmində mobil danışığa çevrilə bilən bonus və 20 illik komissiyasız kredit rəsmiləşdirmə hüququ oynanılacaq.

Qeyd edək ki, hazırda «Bank of Baku»nun 120 minəə yaxın müştərisi «Dostlar klubu»nun üzvüdür. «Dostlar klubu» – «Bank of Baku» ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik olan müştərilər üçün imtiyazlar təqdim edən bank təsisatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR