Elmar Məmmədyarov UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Elmar Məmmədyarov UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
# 10 iyun 2014 14:42 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla UNİCEF arasındakı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər həmçinin əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün geniş imkanların olduğunu qeyd ediblər.

E. Məmmədyarov Azərbaycanla UNİCEF arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə M. Herevarda təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri isə Azərbaycanda onun fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib və Azərbaycandan xoş arzularla ayrıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR