Bir milyondan çox uşaq Suriyadan qaçqın düşüb

Bir milyondan çox uşaq Suriyadan qaçqın düşüb
# 23 avqust 2013 15:22 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Suriyada davam edən münaqişə nəticəsində bir milyondan çox uşaq qaçqın düşüb. APA-nın xəbərinə görə, bu barədə UNİCEF-in yaydığı press-relizdə qeyd olunub. Məlumata əsasən, daha iki milyon uşaq məcburi köçkün olub, lakin ölkə hüdudlarını keçməyib. Qaçqın həyatını yaşayan 768 min uşaq 11 yaşına çatmayıb. Uşaqların çoxu Misirə, İraqa, İordaniyaya, Livana və Türkiyəyə qaçmaq məcburiyyətində qalıblar. Ölkədə qalan uşaqlar isə hər gün münaqişə tərəflərin hücumuna məruz qalmaq təhlükəsi ilə üzləşirlər. Suriyada münaqişə başlayandan bəri artıq 7 min uşaq həlak olub. Bu yaxınlarda Suriyada iddia olunan kimyəvi silah hücumu zamanı çoxlu sayda uşaq həlak olub.

UNİCEF uşaqların ehtiyacları ödəməsi üçün bu il dünya ictimaiyyətindən 470 milyon dollar istəyib. Bu günə kimi yalnız 280 milyon dollar toplamaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR