Lənkəranda yaşıllaşdırma aylığı keçiriləcək

Lənkəranda yaşıllaşdırma aylığı keçiriləcək
# 18 fevral 2014 16:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qarşıdan gələn Novruz bayramı ilə əlaqədar fevralın 20-dən martın 20-dək Lənkəran rayonu ərazisində yaşıllaşdırma aylığının keçirilməsinə dair sərəncam imzalayıb.

Lənkəran ŞİH aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran ŞİH başçısı aparatının şöbələri, ərazi dairələrindəki icra nümayəndələri, Lənkəran şəhər mənzil-istismar və kommunal müəssisələr idarəsi, mənzil təsərrüfatı idarəsi, yaşıllaşdırma idarəsi, şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, 1 saylı ərazi üzrə ekologiya və təbii sərvətlər şöbəsi, rayon meşə bərpası və mühafizəsi müəssisəsi, Hirkan Milli Parkı və digər aidiyyəti təşkilatlar hər həftənin şənbə günlərində Lənkəranın şəhər, qəsəbə və kəndlərinin ərazilərində iməciliklər keçirmək yolu ilə park, bağ və meydanlarda, magistral yol və küçə kənarlarında ağac, həmişəyaşıl, dekorativ kolların əkilməsində iştirak edəcəklər.

Yaşıllaşdırma aylığı dövründə Lənkəranda ümumilikdə 50 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR