BQXK Azərbaycanda saxlanılan Ermənistan vətəndaşının ölkəsinə geri qaytarılması barədə məlumat yayıb

BQXK Azərbaycanda saxlanılan Ermənistan vətəndaşının ölkəsinə geri qaytarılması barədə məlumat yayıb
# 04 mart 2014 11:39 (UTC +04:00)

Qurumun Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı BQXK himayəsi altında bu gün ölkəsinə qaytarılıb: “Bu şəxs Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistanın rəsmilərinə təhvil verilib”.

Məlumatda həmçinin qeyd edilir ki, repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün ona baş çəkiblər. Təşkilatın nümayəndələri onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

Məlumatda deyilir ki, BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı olub.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Qeyd edək ki, yanvarın 28-də saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən sakinlər tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR