Avropa Birliyi Ermənistanda “Twinning” proqramının icrasını dayandırıb

Avropa Birliyi Ermənistanda “Twinning” proqramının icrasını dayandırıb
# 06 sentyabr 2013 04:48 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, Avropa Komissiyası artıq Ermənistan hökumətini qərar barədə məlumatlandırıb. Buna səbəb Ermənistanın Gömrük İttifaqına üzv olmaq barədə qərar verməsi göstərilir. Proqramın həmişəlik yaxud müvəqqəti dayandırılması barədə açıqlama verilməyib.

Qeyd edək ki, “Twinning” proqramı Ermənistanda 2009-cu ildən icra olunub və müxtəlif orqan və qurumlarla 18-ə yaxın layihə və proqram həyata keçirib. “Twinning” proqramının əsas məqsədi – dövlət qurumlarında AB standartlarına və qüvvədə olan modellərə uyğun islahatların həyata keçirmək, qanunvericilik sahəsinin AB-nin vahid qanunvericiliyinə yaxınlaşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR