Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 12 nəfər xəsarət alıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 12 nəfər xəsarət alıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 iyun 2014 08:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün səhər Bakıda baş verən iki sərnişin avtobusu toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı təcili yardıma bu gün səhər 10:17-də çağırış daxil olub. Onun sözlərinə görə, Qara Qarayev metrosunun yaxınlığında baş verən qəzaya 8 təcili yardım briqadası göndərilib.

Ərazidə 1 və 36 saylı marşrut avtobuslarının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Onların 2-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 10 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 8-i kişi, 2-si isə qadındır.

Xəsarət alanların 8 nəfəri 3 saylı şəhər klinik xəstəxanası, 2 nəfər-ana və oğulun isə alt-üst çənə sınıqları olduğu üçün Kliniki Tibbi Mərkəzə çatdırılıb.

***

Saat 10:52

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki sərnişin avtobusu toqquşub.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qara Qarayev metrosunun yaxınlığında, “Ruslan” marketin qarşısında qeydə alınıb.

36 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR