Şabranda maşın ustası müştərisinin avtomobilini aşırıb - VİDEO

Şabranda maşın ustası müştərisinin avtomobilini aşırıb - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 02:45 (UTC +04:00)

Bakı-APA. Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, magistralda hərəkətdə olan “17 BC 679” dövlət nömrə nişanlı “Vaz 21 09” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə maşında olan 31 yaşlı Şabran rayon sakini Qasımov Emin Amil oğlu ağır xəsarətlər alıb. O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alan Emin Qasımovun yaxınlarının bildirdiyinə görə, o, avtomobil ustasıdır. Qəzaya düşdüyü nəqliyyat vasitəsi isə, onun müştərilərindən birinə məxsusdur. Hadisənin dəqiq başvermə səbəbləri BDYPİ-nin istintaq və təhqiqat bölməsində aparılan araşdırmaların sonunda məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR