ABŞ İrana məxsus tarixi əsəri Tehrana qaytarıb

ABŞ İrana məxsus tarixi əsəri Tehrana qaytarıb
# 30 sentyabr 2013 12:58 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın Mədəni Miras, Əl İşləri və Turizm Təşkilatının sədri Məhəmməd Əli Nəcəfi açıqlama verib.

M. Ə. Nəcəfi bildirib ki, ABŞ-da 2003-cü ildə əntiq əşyaların qaçaqmalçılığı ilə məşğul olan dəstədən ələ keçirilən tarixi Şirdal kuboku İrana qaytarılıb: “ABŞ Dövlət Departamentindən İran nümayəndə heyətinə zəng edərək bu kuboku xalqımıza hədiyyə olaraq verdiklərini dedilər”.

M. Ə. Nəcəfi ABŞ yəhudilərinin İrana asanlıqla səyahət edə bilmələri üçün xüsusi turların təşkil etmək niyyətində olduqlarını vurğulayıb.

İran prezidenti Həsən Ruhani isə amerikalı həmkarı Barak Obama ilə telefon danışığından sonra ABŞ rəhbərliyinin İrana aid olan tarixi Şirdal əsərini xüsusi mərasimlə onlara təqdim etdiyini bildirib. İran prezidenti 2700 il əvvələ aid olan çox qiymətli Şirdal tarixi əsərinin ölkəsinə qaytarılmasından məmnun olduğunu deyib.

H. Ruhani İranın 1974-cü ildən bu əsəri geri almağa səy göstərdiyini, sentyabrın 27-də ABŞ rəsmilərinin əsəri onlara hədiyyə etdiyini söyləyərək Şirdalı Tehrana qaytardığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR