Suriyanın şimalında hava zərbəsi nəticəsində azı 20 nəfər ölüb

Suriyanın şimalında hava zərbəsi nəticəsində azı 20 nəfər ölüb
# 01 dekabr 2013 03:23 (UTC +04:00)

Bakı. Noyabrın 30-da Suriyanın şimalındakı Əl-Bab şəhəri Hərbi-Hava Qüvvələrinin helikopterlərinin zərbəsinə tuş gəlib, nəticədə azı 20 nəfər ölüb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan haqları monitorinqi mərkəzi məlumat yayıb.

Məlumata görə, helikopterlər Hələb vilayətində yerləşən bu şəhərə bir neçə kustar üsulla hazırlanmış bomba atıb. Hücumun nəticələrini əks etdirən videoçarx “Youtube”-də yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR