Lənkəranda general Fikrət Məmmədovun xatirə günü keçirilib - FOTO

Lənkəranda general Fikrət Məmmədovun xatirə günü keçirilib - <span style="color: red;">FOTO
# 15 may 2013 12:37 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin korpus komandiri, general-mayor Fikrət Seyfulla oğlu Məmmədovun vəfatının 11 illiyi ilə əlaqədar onun doğulub boya-başa çatdığı Lənkəran şəhərindəki evinin qarşısında xatirəsi yad olunub.

APA-nın cənub bürosunun məlumatına görə, yerli ictimaiyyətin, məktəblilərin, hərbçinin dostlarının, qohumlarının toplaşdığı mərasimdə F. Məmmədovun ömür yoluna nəzər salınıb. Bildirilib ki, 1961-ci ildə Lənkəranda dünyaya göz açan Fikrət Məmmədov babası və atası kimi hərbçi olmağı qarşısına məqsəd qoyub. Şəhər 4 saylı orta məktəbi bitirdikdən sonra 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.

1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı tağım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən F.Məmmədov təhsilini daha sonra Moskvada Frunze adına Hərbi Akademiyada davam etdirib, 1993-cü ildən müstəqil Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb. N saylı briqadada qərargah rəisi vəzifəsində çalışıb. Az sonra o, briqada komandiri təyin olunub. 1995-ci ildə F.Məmmədov artıq Birinci Ordu Korpusunun qərargah rəisi, 1998-ci ilin mayında isə general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. “Qırmızı Uldiz”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medalları ilə təltif olunan Fikrət Məmmədov 2002-ci il mayın 15-də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasına düşərək faciəli şəkildə həlak olub.

Lənkəranda şəhərin mərkəzi küçələrindən birinə general Fikrət Məmmədovun adı verilib. Oxuduğu şəhər 4 saylı məktəbin foyesində tunc büstü ucaldılıb, doğulduğu evə isə xatirə lövhəsi vurulub.

Mərasimdə şəhər 4 saylı orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR