Bank Of Baku

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 21 oktyabr 2026 08:23 (UTC +04:00)

Oktyabrın 20-də dünya fond bazarlarında qarışıq dinamika qeydə alınıb. ABŞ-da əsas indekslərin əksəriyyəti yüksəlib, Avropada əsasən eniş, Asiya-Sakit okean regionunda isə fərqli istiqamətlərdə dəyişikliklər müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 529,85 bənd və ya 1,02% artaraq 52 495,88 bəndə yüksəlib. “S&P 500” indeksi 21,84 bənd və ya 0,28% artaraq 7 712,57 bəndə çatıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi isə 6,07 bənd və ya 0,02% azalaraq 26 424,82 bəndə düşüb.

“NYSE Composite” indeksi 223,55 bənd və ya 0,93% artaraq 24 190,62 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 179,33 bənd və ya 0,50% yüksələrək 36 107,96 bənd təşkil edib.

Avropa fond bazarlarında əsasən mənfi dinamika müşahidə olunub. “Euro Stoxx 50” indeksi 23,15 bənd və ya 0,38% azalaraq 6 121,66 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 31,69 bənd və ya 0,29% geriləyərək 10 733 bəndə düşüb.

Almaniyanın “DAX” indeksi 0,06% azalaraq 25 304,42 bənd, Fransanın “CAC 40” indeksi 0,38% geriləyərək 7 838,49 bənd olub. İspaniyanın “IBEX 35” indeksi isə 0,28% artaraq 19 092,40 bəndə yüksəlib.

Asiya-Sakit okean regionunda qarışıq dinamika qeydə alınıb. Yaponiyanın “Nikkei 225” indeksi 603,77 bənd və ya 0,94% artaraq 64 679,19 bəndə, “TOPIX” indeksi isə 38,96 bənd və ya 0,97% yüksələrək 4 048,17 bəndə çatıb.

Honq-Konqun “Hang Seng” indeksi 0,35% azalaraq 23 784,27 bəndə, Çinin “CSI 300” indeksi 0,65% geriləyərək 4 125,23 bəndə düşüb. Avstraliyanın “S&P/ASX 200” indeksi 0,02% azalaraq 8 815,30 bənd, regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 1,23% geriləyərək 260,76 bənd təşkil edib.

Bazarlardakı fərqli dinamikanın əsas səbəbi şirkətlərin rüblük maliyyə nəticələri, neft qiymətlərinin dəyişməsi və süni intellekt sektoruna yatırılan investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar olub.

ABŞ-da səhiyyə və maliyyə sektorlarının səhmlərində yüksəliş əsas indekslərə dəstək verib. Xüsusilə “Eli Lilly”, “UnitedHealth”, “Merck” və “Johnson & Johnson” şirkətlərinin səhmləri “Dow Jones” indeksinin artmasına müsbət təsir göstərib. Neftin və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması da investorların əhvalını yaxşılaşdırıb. Bununla belə, iri texnologiya şirkətlərinin səhmlərində satışlar “Nasdaq Composite” indeksinə təzyiq göstərib.

Avropada yüksək enerji xərcləri, süni intellekt layihələrinin maliyyələşdirilməsi ilə bağlı narahatlıqlar və Fransadakı siyasi qeyri-müəyyənlik bazarlara mənfi təsir göstərib. Asiyada isə texnologiya sektorundakı risklər və şirkətlərin maliyyə hesabatları ərəfəsində ehtiyatlılıq Çin və Honq-Konq indekslərini zəiflədib. Yaponiyada isə əvvəlki enişlərdən sonra səhmlərin yenidən alınması əsas indekslərin yüksəlməsinə şərait yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR