Azərbaycan “CEBIT Bilitişim-2014” konfransında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq

Azərbaycan “CEBIT Bilitişim-2014” konfransında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq
# 14 avqust 2014 09:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan sentyabrın 11-14-də İstanbulda keçiriləcək “CEBIT Bilitişim-2014” konfransında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə dövlət və özəl qurumların nümayəndələri daxil olacaq.

Konfransda 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlərin, birgə “B2B” tədbirlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi nəzərdə tutulur.

Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, “ağıllı” şəhər, “ağıllı” dövlət, “ağıllı” bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz məlumat və s. olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR