Qazaxda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır

Qazaxda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır
# 26 mart 2013 16:59 (UTC +04:00)

Qazax. Azər Məmmədli-APA. Bir neçə gün öncə Qazaxda baş verən güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır. Qazax rayon Fövqəladə Hallar Komissiyasının sədri Fərman Nağdəliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, külək nəticəsində dam örtüyü dağılan iki hündürmərtəbəli binada artıq təmir işləri gedir və təmir işləri bir neçə günə başa çatacaq. Müsahib həmçinin sıradan çıxan elektrik naqillərinin də bərpa edildiyini bildirib.

Qeyd edək ki, Qazaxda güclü külək nəticəsində məcburi köçkünlərin məskunlaşdığı iki binanın dam örtüyü dağılıb və rayonun bir neçə yaşayış məntəqəsində elektrik naqilləri qırılaraq enerji verilişində fasilələr yaranıb. Külək rayonun kommunal sisteminə də ziyan vurub. Hazırda Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəyən ziyan araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR