Beynəlxalq Muğam Mərkəzində “Oxu tar” konsert proqramı təqdim edilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində “Oxu tar” konsert proqramı təqdim edilib  - <span style="color: red;">FOTO
# 04 may 2013 07:26 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Mayın 3-də Beynəlxalq Muğam Mərkəzində “Oxu tar” konsert proqramı təqdim edilib. APA-nın məlumatına görə, tar ifaçısı Humay Qədimovanın təqdim etdiyi konsertdə gənc musiqiçini “Naz-nazı” instrumental ansamblı müşayiət edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi çıxış edib və tar ifaçılığı, sənətkarlığının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini xatırladıb. Rektor bildirib ki, bütün bunlar bu sənətin böyüklüyündən, bəşəriliyindən xəbər verir. H. Qədimovanın Azərbaycan Milli Konservatoriyasında təhsil aldığı illərdə öz istedadı ilə digər tələbələrdən fərqləndiyini söyləyən S. Kərimi bildirib ki, yorulmaz fəaliyyəti və sənətinə sonsuz sevgisi onu qısa müddətdə nəinki Azərbaycanda, ölkədən uzaqlarda da tanıdıb.

Gecədə gənc ifaçının təqdim etdiyi xalq və bəstəkar musiqiləri alqışlarla qarşılanıb.

Bu, H. Qədimovanın üçüncü konserti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR