Arif Hacılı Nəsib Nəsiblinin Müsavatdan istefasına münasibət bildirib

Arif Hacılı Nəsib Nəsiblinin Müsavatdan istefasına münasibət bildirib
# 04 noyabr 2014 11:22 (UTC +04:00)

A.Hacılı APA-ya açıqlamasında N.Nəsiblinin partiyadan çıxmaq haqqında qərarına təəssüfləndiyini deyib: “Nəsib Nəsiblinin partiya üzvlüyündən çıxması haqqında Xətai rayon təşkilatına ərizə göndərdiyi barədə mənə məlumat verilib. Nəsib Nəsibli Müsavat Partiyasının bərpa olunmasında və sonrakı fəaliyyətində xidmətləri olan şəxslərdən biridir. Onun partiyadan çıxmaq barədə qərar qəbul etməsinə görə təəssüf edirəm. Partiya üzvü olmasa da, Müsavat irsinə, milli ideologiyaya sadiq qalacağı qənaətindəyəm. Nəsib Nəsibliyə şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR