Magistraturaya qəbul olan bakalavrlara 3 gün vaxt verilib

Magistraturaya qəbul olan bakalavrlara 3 gün vaxt verilib
# 07 iyul 2014 15:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanıb və bu proses iyulun 10-da başa çatacaq: “Ancaq buna baxmayaraq, magistratura səviyyəsinə qəbul olan bakalavrların bir qismi qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçməyiblər. Bir daha həmin bakalavrların nəzərinə çatdırırıq ki, onlar iyulun 10-dək tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR