Proqnoz: Yaxın 20 ildə neft və qazın qiyməti o qədər də baha olmayacaq

Proqnoz: Yaxın 20 ildə neft və qazın qiyməti o qədər də baha olmayacaq
# 24 aprel 2013 09:21 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə BP şirkətinin qarşıdakı 20 il üçün hazırladığı proqnozlarda bildirilir.

Proqnozu bu gün Bakıda təqdim edən BP-nin aparıcı iqtisadçısı Lev Freynkmanın sözlərinə görə, qarşıdakı 20 ildə enerjidaşıyıcılarına və ya ümumilikdə enerjiyə tələbat 36% artacaq. Tələbatın artımı demək olar bütünlüklə inkişaf etməkdə olan ölkələrin hesabına təmin ediləcək.

«İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində tələbat dəyişməyəcək. Enerji növləri arasında ən ciddi artım elektrik enerjisinin istehsalında gözlənilir. Hasil olunan enerjidaşıyıcılarına gəlincə, ən yüksək artım tempi qaz hasilatında, ən aşağı artım isə neft hasilatında gözlənilir», - deyə BP təmsilçisi vurğulayıb.

Bununla yanaşı ekspert qeyd edib ki, ötən il qlobal iqtisadiyyatda baş verən bəzi hadisələr bazarla bağlı proqnozlara təsir edib: «Belə ki, Şimali Amerikada şist qazının hasilatının artması nəticəsində 2030-cu ildə neftin və qazın qiyməti bir il əvvəl hesab etdiyimiz qədər baha olmayacaq».

Ekspert bildirib ki, neft və qazın qiymətinin əlçatan olması nəticəsində bioyanacağa tələbat da elə böyük olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR