Görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin 150 illik yubileyi qeyd olunacaq

Görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin 150 illik yubileyi qeyd olunacaq
# 02 oktyabr 2014 09:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, ifaçılar Qocaq Əsgərov, Güllü Muradova, Səbinə Ərəbli, Elnur Zeynalov, Aytən Məhərrəmova, Vüsalə Musayeva və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşada anadan olub. O, klassik muğamları, həmçinin, “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamını orijinal şəkildə ifa edib.

İfaçı xüsusən zərbi muğamların təbliğatçısı kimi tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR