Kazanda “Admiral” ticarət mərkəzində yanğın nəticəsində ölənlərin sayı on nəfərə çatıb

Kazanda “Admiral” ticarət mərkəzində yanğın nəticəsində ölənlərin sayı on nəfərə çatıb
# 13 mart 2015 04:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Tatarıstan üzrə Baş İdarəsinin saytında dərc edilmiş məlumatda bildirilib.

“13.03.2015-ci il saat 05.00-a olan məlumata görə, ölənlərin sayı 10 nəfərdir... Bu gün 04.58-də şəxsiyyəti məlum olmayan daha bir kişi meyiti aşkarlanıb. Xilasedicilər hadisə yerində dağıntıların yığışdırılmasını davam etdirirlər”, deyə məlumatda bildirilir.

“Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Binadan 650 nəfər təxliyə olunub. Dağıntılar altında hələ də 25 nəfərədək insanın qaldığı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR