“Rabitəbank”a yeni İdarə Heyətinin sədri təyin olunub

“Rabitəbank”a yeni İdarə Heyətinin sədri təyin olunub
# 27 oktyabr 2014 07:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - Oktyabr ayının 24-ü “Rabitəbank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, digər məsələlərlə yanaşı yığıncaqda “Rabitəbank” İdarə Heyətinin sədri vəzifəsinə Elçin Qədimov təyin olunub.

Qeyd edək ki, E. Qədimov 2006-cı ildən “Rabitəbank”da İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Bundan əvvəl digər kommersiya bankında İdarə Heyətinin Sədr müavini, Azərbaycan Beynəlxalq Bankı və Əmanət Bankında müxtəlif vəzifələrdə çalışıb.

E. Qədimov Azərbaycan İqtisad Universitetinin mühasibat uçotu və audit fakultəsini bakalavr və magistr dərəcəsi və ABŞ-da MBA dərəcəsi üzrə təhsil alıb.

“Rabitəbank” 1993-cü ildən fəaliyyət göstərir. 30 sentyabr tarixinə “Rabitəbank”ın aktivləri 261 mln. manat, məcmu kapitalı 55 mln. manat və vergilərdən əvvəl mənfəəti 3,3 manat təşkil edib.

Bankın xidmət şəbəkəsi 22 filial və 2 şöbədən ibarət olaraq Bakı şəhəri və 16 regionu əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR