Əfqanıstanda xəstəxananın NATO tərəfindən bombardman olunması nəticəsində ölənlərin sayı 19-a çatıb

Əfqanıstanda xəstəxananın NATO tərəfindən bombardman olunması nəticəsində ölənlərin sayı 19-a çatıb
# 03 oktyabr 2015 20:48 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi məlumatında bildirilir.

Qeyd edək ki, daxilində 200 nəfərin olduğu “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatının xəstəxanası bu gün səhər saatlarında bombardman olunub.

Təşkilatın nümayəndələri bildiriblər ki, amerikalı hərbçilər hava zərbəsinin endirilməsi barədə dərhal məlumatlandırılsalar da, təyyarələr onları bir saat ərzində atəşə tutub.

NATO insidentin araşdırıldığını bildirib. ABŞ ordusunun nümayəndəsi Con Kempell hadisəyə görə rəsmi üzrxahlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR