Əli Əkbər Salehi: İsrail həqiqi döyüşdə bir həftə də davam gətirə bilməz

Əli Əkbər Salehi: İsrail həqiqi döyüşdə bir həftə də davam gətirə bilməz
# 16 mart 2012 18:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İsrail həqiqi döyüşdə bir həftə də dözə bilməz”. APA-nın “Fars” xəbər agentliyinə məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, İsrail hücum edəcəyi təqdirdə, İran bütün gücü ilə cavab verəcək: “İsrailin İranın nüvə obyektlərinə hücumu bu ölkənin bir həftə içərisində məhv olması ilə nəticələnər. Çünki İsrail həqiqi döyüşdə bir həftə davam gətirə bilməyəcək qədər kiçikdir. Ona görə də israillilər belə bir səhvin sonları olacağını da çox yaxşı bilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR