Azərbaycanlı zəvvarlar kiçik Həcc (Ümrə) ziyarətinə başlayıb

Azərbaycanlı zəvvarlar kiçik Həcc (Ümrə) ziyarətinə başlayıb
# 15 oktyabr 2012 12:48 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri MüqəddƏs Payızov məlumat verib.
Həcc ziyarəti isə oktyabrın 24-də, yaxud 25-də başlanacaq. İndiyədək Azərbaycandan Səudiyyə Ərəbistanına zəvvarları daşıyan 6 təyyarə yola düşüb. Bu gün azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan 3 təyyarə Bakı-Ciddə reysini həyata keçirib. Sabah 3, oktyabrın 17-də 2, oktyabrın 18-də 1 təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək.

Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtması nəzərdə tutulur. Müvafiq olaraq 5-8 noyabr tarixlərində hər gün iki, 9-12 noyabr tarixlərində isə hər gün bir təyyarə zəvvarları Vətənə qaytaracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR