Adil Qəribov: “Şiferin tərkibində olan amfibol asbest tozu insan orqanizmində 500 günədək qalır, ağciyər xərçəngi və digər xəstəliklər yaradır”

Adil Qəribov: “Şiferin tərkibində olan amfibol asbest tozu insan orqanizmində 500 günədək qalır, ağciyər xərçəngi və digər xəstəliklər yaradır”
# 01 may 2012 10:53 (UTC +04:00)
Onların amfibol asbestlərinə nisbətən tozları az olur. Amma hər iki maddə insan orqanizminə daxil olur, ən az 3 həftə orqanizmdə qalır. Antiqnol isə 400-500 günə qədər insan orqanizmində qala bilir. Son nəticədə isə onlar eyni xəstəlik - ağciyər xərçəngi və digər xəstəliklər yaradır”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Beynəlxalq Əmək Təşkilatının 162 saylı qərarına əsasən, bu tipli örtüklərin Avropada istifadəsinə qadağa qoyulub: “Azərbaycan da Avropa Birliyinə üzv olmaq istəyir. Bu məsələdə Azərbaycan da Avropa Birliyinin qərarlarına münasibət bildirməlidir. Güman edirəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı hər hansı addım düzgündür”.

A. Qəribov deyib ki, həm şifer, həm də kirəmitdə heç bir radioaktivlik yoxdur: “Azərbaycanda istifadə olunan kərpiclər də istifadə olunmazdan qabaq radioaktivlik üzrə sertifikat alır. Odur ki, ənənəvi tarixi kirəmitlər sintez olunaraq alınarsa, ondan dam örtüklərində istifadə etmək olar”.

A. Qəribov bildirib ki, rəhbərlik etdiyi institut dam örtükləri ilə bağlı hökumətdə aparılan ilkin müzakirələrdə iştirak edib: “Məndən bir mütəxəssis kimi fikrimi soruşurlar. Mən də deyirəm ki, həm kərpiclərin, həm şiferlərin, həm də kirəmitlərin heç bir radioaktivliyi yoxdur”.

A. Qəribov bildirib ki, şifer elmi məsələ olmaqdan daha çox siyasi məsələdir: “Bu, Avropa Birliyinin verdiyi qərardır. Dünyada asbestləri 5 ölkə, o cümlədən Rusiya, Ukrayna, Kanada istehsal edir. Onlar çox istəyərdilər ki, bu istehsal qalsın. Amma bu məsələ istəkdən asılı deyil. Məsələn, İtaliyada asbest zavodunun direktoruna orada xərçəng xəstəliyinə tutulan insanların sayını nəzərə alaraq 13 il həbs cəzası verdilər. Asbestlərin mənfi təsiri varsa, onun qarşısını bu və ya digər dərəcədə almaq lazımdır. Azərbaycanda da buna cəhd göstərilirsə, deməli, dövlətin iqtisadi imkanı var və vətəndaşının sağlamlığını düşünür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR