Bakıda ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr olunmuş konfrans keçirilib

Bakıda ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr olunmuş konfrans keçirilib
# 25 fevral 2012 15:19 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakıda «Ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsində genetikanın yeri» adlı elmi konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbiri «AF-GEN» klinikası və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası birgə təşkil edib. Konfransda çıxış edən «AF-GEN» klinikasının direktoru professor Afiq Bərdəli genin ürək-damar xəstəliklərinə olan təsirindən danışıb. O, bu cür konfransların mütəmadi olaraq keçirilməsinə ehtiyac olduğunu deyib.

Tədbirdə çıxış edən İstanbul Texniki Universitetinin professoru Hakan Bermek isə ürək-damar xəstəlikləri və həmin xəstəliklərə genetikanın təsirindən danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR