Bu gün BBVB-in valyuta bölməsində 1,651 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-in valyuta bölməsində 1,651 mln. dollarlıq əqdlər bağlanılıb
# 13 iyul 2012 15:12 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7850 AZN/USD təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7850 AZN/USD təşkil edib. USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 798 068 AZN, sessiyanın nəticələrinə görə manatın orta məzənnəsi isə 0,7850 AZN/USD təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 498 792,50 AZN, manatın orta məzənnəsi isə 0,7850 AZN/USD təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,651 mln. dollar və ya 1 296 860,50 AZN təşkil edib.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilsə də, əqdlər bağlanılmayıb.

BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,92%, ABŞ dolları üzrə isə illik 12,75% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR