Qala-Şüvəlan-Pirallahı avtomobil yolu 4-6 zolaqlı olacaq

Qala-Şüvəlan-Pirallahı avtomobil yolu 4-6 zolaqlı olacaq
# 09 avqust 2012 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qala-Şüvəlan-Pirallahı avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən bildirilib.
ASC-dən verilən məlumata görə, yenidən qurulması nəzərdə tutulan Qala-Şüvəlan-Pirallahı yolunun ümumi uzunluğu 22,7 metr, eni isə ayrıcı zolaqla birlikdə 28 metr təşkil edəcək.
Yolun ilk 6,9 km-lik hissəsi 6 hərəkət zolaqlı (3 gediş - 3 gəliş), 15,8 km-lik hissəsi isə 4 zolaqdan (2 gediş - 2 gəliş) ibarət olacaq. Layihə üzrə müxtəlif sahələrdə yol qovşaqlarının tikintisi planlaşdırılır.
«Tikintisinə 2012-ci ilin iyul ayından başlanılan yolda hazırda tikinti altına düşən maneələrin araşdırılması və torpaq-qazma işləri həyata keçirilir», - deyə «Azəryolservis»dən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR