Nazirlər Kabinetində aztəminatlı ailələrə dekoderlərin verilməsi məsələsinə həsr olunmuş müşavirə keçirilib

Nazirlər Kabinetində aztəminatlı ailələrə dekoderlərin verilməsi məsələsinə həsr olunmuş müşavirə keçirilib
# 02 may 2012 13:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Azərbaycan Nazirlər Kabinetində baş nazirin müavini Abid Şərifovun yanında müşavirə keçirilib. APA-nın məlumatına görə, müşavirədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Azərbaycanda aztəminatlı ailələrin dekoderlərlə təmin olunması ilə bağlı təklifi müzakirə olunub. İclasda Azərbaycanın müxtəlif dövlət qurumlarının təkliflə bağlı rəyləri dinlənilib. A. Şərifov aztəminatlı ailələrin dekoderlərlə təmin olunmasının vacibliyini vurğulayıb. İclasda konkret qərar qəbul edilməsə də, bu istiqamətdə müzakirələrin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, MTRŞ rəqəmsal yayıma keçidlə əlaqədar aztəminatlı ailələrin dekoderlərlə təmin olunması üçün ölkə başçısına müraciət edib. Müraciət baxılması üçün Nazirlər Kabinetinə göndərilib. Bir neçə gün əvvəl MTRŞ sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında Maliyyə Nazirliyinin təklifə qeyri-ciddi yanaşdığını və dəstəkləmədiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR