Gürcüstan paytaxtında əslən azərbaycanlı olan iranlı iş adamı öldürülüb

Gürcüstan paytaxtında əslən azərbaycanlı olan iranlı iş adamı öldürülüb
# 13 mart 2012 15:45 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Tiflisin Kostava küçəsi – 21 ünvanında yerləşən ofisdə qeydə alınıb. 45 yaşlı iş adamı Maqsud Bedustaniyə öz ofisində bir neçə bıçaq zərbəsi vurulub. Şahidlər iranlı iş adamının ofisində şübhəli naməlum kişi gördüklərini bildiriblər.

Faktla bağlı cinayət işi qaldırıb, qatilin axtarışı davam etdirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əslən azərbaycanlı olan iranlı iş adamı ikili vətəndaşlığa malik olub. Maqsud Bedustani Tiflisdə gürcü qadınla evlənib. Onun həyat yoldaşı bir qədər əvvəl vəfat edib. Mərhumun 11 yaşlı övladı var. M. Bedustani İranlı İş Adamları Birliyinin üzvü olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR