Azərbaycanda 18 yaşlı oğlan anasını qətlə yetirib

Azərbaycanda 18 yaşlı oğlan anasını qətlə yetirib
# 05 mart 2012 08:08 (UTC +04:00)
Bu barədə APA-ya Abşeron Rayon Prokurorluğundan bildirilib. Hadisə Müşfiqabad qəsəbəsi, Quşçuluq massivi, ev 108 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 18 yaşlı Elmir İbrahimov qısqanclıq zəminində anası, 50 yaşlı Aygün Aydın qızı İbrahimova və tanışı 20 yaşlı, Nizami Cəbrayıl oğlu Abdullayevi bıçaqlayıb. A. İbrahimova aldığı xəsarətdən dünyasını dəyişib. N. Abdullayev isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən E. İbrahimov polis tərəfindən tutulub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR