Ötən il MDB məkanında investisiyaların ən yüksək artımı Azərbaycanda olub

Ötən il MDB məkanında investisiyaların ən yüksək artımı Azərbaycanda olub
# 18 aprel 2012 13:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən ilin yekunlarına görə, Azərbaycanda MDB ölkələri sırasında investisiyaların ən yüksək artım tempi müşahidə olunub. «APA-Economics»in xəbərinə görə, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, 2011-ci ildə Azərbaycanda investisiyaların artımı 27% təşkil edib. Ən aşağı artım tempi Qazaxıstanda qeydə alınıb və 2%-ə bərabər olub. Ermənistan və Qırğızıstanda isə investisiyaların azalması baş verib:

Ölkə

İnvestisiyaların illik dinamikası

Azərbaycan

27%

Türkmənistan

23%

Ukrayna*

21%

Belarus

13%

Moldova*

11%

Özbəkistan

8%

Rusiya

6%

Tacikistan

5%

Qazaxıstan

2%

Qırğızıstan

-7%

Ermənistan

11%


* Yanvar-sentyabr 2011-ci il
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR