Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsi mənim həyatıma da təsir göstərib”

Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsi mənim həyatıma da təsir göstərib”
# 17 fevral 2012 11:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Xocavənd rayonunun Qaradağlı kəndində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov münaqişənin onun həyatına da təsir göstərdiyini söyləyib: «Mən öz həyatımdan bir misal gətirəcəyəm. Atam rəhmətliyin qəbri bu gün işğal altındadır. Anam isə qaçqın kimi 7 il əvvəl rəhmətə getdi. Rəhmətə getməzdən bir gün qabaq mənə dedi ki, məni kişinin yanına apar. Mən o kişi ilə 40 il bir yastığa baş qoymuşam. Dedim, bunu necə edim? Axı mümkün deyil. O gündən bu günədək mən hər gün vicdan əzabı çəkirəm”.

Ə. Həsənov qaçqın və məcburi köçkünlərin üzləşdiyi şəraiti beynəlxalq ictimaiyyətin diqqətinə də çatdırıb: “Beynəlxalq aləm başa düşsün, görsün ki, bu bir milyon insan hansı əzab-əziyyət çəkir. Məgər bunu başa düşmək üçün özün qaçqın olmalısan? Məgər bunu başa düşmək üçün doğulduğun torpaq işğal altında olmalıdır ki, sonra dərk edəsən?”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR