Azərbaycan Dövlət Gömrük Komitəsi I rübdə büdcə proqnozunu 100% icra edib

Azərbaycan Dövlət Gömrük Komitəsi I rübdə büdcə proqnozunu 100% icra edib
# 12 aprel 2012 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin I rübündə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə ödənilən vəsaitlərin həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 mln. manat artıb. “APA-Economics”in xəbərinə görə, bunu DGK sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, adətən I rübdə vəsaitlərin toplanması bir az çətinlik yaradır: “Lakin bu il verilən proqnoz özünü doğrultdu və rüblük proqnoz 100% yerinə yetirilib. Düşünürəm ki, ticarət əməliyyatlarında idxal-ixrac əməliyyatlarından asılı olaraq bu ilin I rübünün nəticələri cari il üzrə verilən proqnozu tam yerinə yetirməyə şərait yaradacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR