Balakəndə yanğın baş verib

Balakəndə yanğın baş verib
# 01 noyabr 2012 06:45 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Talalar kəndində İsayev Aydın Abduləziz oğluna məxsuz, ümumi sahəsi 125 kv/m olan fərdi yaşayış evində baş verib. Hadisə yerinə Balakən rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Balakən rayon YMH-nin əməkdaşlarının səyi nəticəsində Aydın İsayeva məxsus evin yanmasının qarşısı alınıb. Evin 6 kv/m sahəsi yanaraq yararsız hala düşüb. Faktla bağlı Balakən rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR