2020 Yay Olimpiya oyunlarına namizəd olan Bakıya dəstək çərçivəsində gənc fotoqraflar arasında müsabiqə keçiriləcək

2020 Yay Olimpiya oyunlarına namizəd olan Bakıya dəstək çərçivəsində gənc fotoqraflar arasında müsabiqə keçiriləcək
# 02 mart 2012 09:07 (UTC +04:00)
Bakı – APA. Gənclər və İdman Nazirliyi 2012-ci ilin mart ayı ərzində 16-29 yaşlı gənclər arasında “Biz birlikdə bacararıq” devizi altında foto-müsabiqə keçirir. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, müsabiqə 2020 Yay Olimpiya oyunlarına namizəd olan Bakı şəhərinə dəstək çərçivəsində gerçəkləşir.

Müsabiqədə I yerin qalibi 400 manat, II yerin qalibi 300 manat, III yerin qalibi isə 2 nəfər iştirakçı olmaqla 200 manat mükafat və diplomlarla təltif olunacaq.

Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq.

Fotoşəkillər Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğini, ölkənin idman sahəsində qazandığı uğurları əks etdirməlidir.

Müsabiqədə iştirak etmək arzusunda olanlar fotoşəkilləri [email protected] elektron ünvanına göndərə bilərlər. Hər bir iştirakçı yalnız 5-dək fotoşəkil təqdim edə bilər, təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Bununla yanaşı, iştirakçılar özləri haqqında məlumatları da ( adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə etməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR