Azərbaycanda “Həyatverici lütf” dini icması ləğv edilib

Azərbaycanda “Həyatverici lütf” dini icması ləğv edilib
# 27 aprel 2012 09:38 (UTC +04:00)
Məhkəmədən APA-ya verilən məlumata görə, iddia təmin olunub.

Qarşı tərəfin Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl DQİDK “Həyatverici lütf” dini icması ilə bağlı məhkəməyə müraciət etməsinin səbəblərini açıqlayıb. DQİDK-nin Hüquq şöbəsinin müdiri Yusif Əsgərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, “Həyatverici lütf” dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb: “Lakin 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar 2010-cu il tarixinədək sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməli idilər. Ancaq həmin müddət bitənədək “Həyatverici lütf” dini icması yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunçuluğa uyğun olaraq sözügedən dini icmanın ləğvi üçün məhkəməyə müraciət edib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR